Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / 41 nəfərin öldüyü təyyarənin “qara qutusu” zədəli çıxdı – VİDEO

41 nəfərin öldüyü təyyarənin “qara qutusu” zədəli çıxdı – VİDEO

“Şeremetyevo” aeroportuna qəza enişi zamanı yanmış SSJ-100 təyyarəsinin “qara qutuları” zədələnib.

Unikal.org TASS-a istinadla xəbər verir ki, “qara qutu”nun səs qeydiyyatı aparan hissəsinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Bildirilir ki, bütün uçuş məlumatları köçürülüb, oxunması və təhlil edilməsi üçün hazırlıq vəziyyətinə gətirilib.

Hadisənin baş vermə səbəblərini araşdıran komissiya 30 gün ərzində nəticələr barədə ilkin hesabat hazırlayacaq.

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və “Şeremetyevo” hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Nəticədə təyyarədə olan 78 nəfər sərnişindən 41 nəfəri dünyasın dəyişib.
W

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …