Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / 400 il öncə ABŞ-a ilk qullar bu günlərdə gətiriibi və iki əsr davam edən quldarlıq dövrü başlanıb

400 il öncə ABŞ-a ilk qullar bu günlərdə gətiriibi və iki əsr davam edən quldarlıq dövrü başlanıb

1619-cu ilin avqust ayının sonunda White Lion adlı ingilis dəniz quldurları gəmisi ABŞ-ın Çesapik körfəzinə yan alıb.

Əlyazmalara əsasən, Portuqaliyanın indiki Meksikaya iqtiqamət alan kölə gəmisindən oğurlanan 20 və ya daha artıq afrikalı ABŞ-a gətirilib.

Anqoladan gətirilən bu insanlar ərzaq və digər mallarla mübadilə məqsədi ilə satılıb.

Avqust ayı 400 il əvvəl ingilisdilli Amerikada köləliyin 400-cü ildönümüdür. Bu təsisat 2 əsrdən çox davam edib.

1525-lə 1866-cı illər arasında 12.5 milyon afrikalı gəmilərlə Amerikalara və Karib hövzəsinə daşınıb.

10.7 milyon kişi, qadın və uşaq çox az su və ərzaqla sağ qala bilib.

Onların böyük hissəsi Braziliyaya, 400 mini isə ABŞ-a çatdırılıb.

Amerika koloniyalarında afrikalıların heç bir qanuni statusu olmayıb. Bu, Virciniya ştat qanunvericiliyində kölələrin kodlaşdırılmasınadək davam edib.

1662-ci ildə qəbul edilən qanuna görə qaradərili anadan doğulan hər bir uşaq ömürlük köləliyə məhkum edilirdi. Beləliklə, Amerikada kölələrin sayı artaraq 4 milyona çatmışdı.

Köləlik Amerikada üçbucaqlı ticarətin bir hissəsi olaraq yayılıb.

Avropadan Afrikaya paltar, silah və metal tavalar aparan ticarəçilər bu malların müqabilində qul əldə edirdilər. Daha sonra onlar Amerika və Karib hövzəsində satılırdı. Onların əksəriyyəyi şəkər, düyü pambıq və tütün plantasiyalarında işləməyə məcbur edilirdi. Xam mallar gəmilərə doldurulub ticarərin üçüncü ayağı olan Avropaya daşınırdı.

Kölələr Afrikanın digər ölkələrindən gətirilərək Qana və Seneqaldan, 5 milyona qədəri isə Anqoladan satılıb.

ABŞ-da satılan 400 min kölənin 25 faizi Anqolanın payına düşür.

Bəzi qəbilələr kölələrini avropalı quldarlara satır, bəziləri isə onları müdafiə edirdi.

Bunlardan biri Ndonqo and Mataba krallığının kraliçası Njinqa Mbande olub. Bir diplomat və döyüşçü kimi o, 17-ci əsrdə Portuqaliya və Almaniya quldarlarını 40 il ərzində məğlub etmişdi.

Tarixçi İsilda Harstın sözlərinə görə, o, anqolalıları 40 illik mübarizə ilə müdafiə edib. Mbande çayın axar adalarındanın hündür otları arasında gizlənər, yerini heç kəs bilməzdi.

Quldarlıq ABŞ koloniyalarının iqtisadiyyatını möhkəmləndirərək, onların 1783-cü ildə Britaniyadan ayrılaraq müstəqillik əldə etməsində böyük rol oynamışdı.

ABŞ Konqresi ölkə ərazisində qul saxlamağı 1862-ci ildə qadağan etmişdi (“Amerikanın səsi”).

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …