Ana səhifə / Dünya / 40-dan çox ölkə Britaniyaya uçuşları dayandırdı

40-dan çox ölkə Britaniyaya uçuşları dayandırdı

40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Krallıqda koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistan, Salvador, Rusiya və Hollandiya kimi ölkələr Britaniyaya olan uçuşları dayandırıb. Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.

Xatırladaq ki, yeni növ koronavirusun mutasiyaya uğramış forması dekabrın ortalarında aşkarlanıb. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yeni infeksiya əvvəlkindən surətlə yayılır və Londonda yoluxma daha çoxdur.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …