Şənbə , İyul 20 2019
Ana səhifə / Dünya / 4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

Sardiniyada istirahətdə olan 37 yaşlı ispaniyalı üzgüçü Filippo Manyini orada əsl qəhrəmanlıq nümayiş etdirib. “Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, o, dənizdə batmaq təhlükəsi ilə üzləşən 45 yaşlı kişinin həyatını xilas edib.  

“O, çox qorxmuşdu və duzlu su udmuşdu. Mən ona yetişəndə, o danışa bilmirdi. Onu sudan çıxarmaq çətin idi. Ona görə də mən onun başını hava ilə doldurulmuş balışa qoydum. Mən sadəcə etməli olduğum şeyi etdim”, – Manyini deyib.   

Məlumat üçün bildirək ki, Manyini 4 qat dünya, 17 qat Avropa çempionu və 2014-cü ildə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Həmçinin oxuyun

Avropa İttifaqının yeni rəhbəri Rusiya qazından asılılığın təhlükəli olduğunu söylədi

Almaniyanın populyar “Bild” qəzeti ölkənin keçmiş müdafiə naziri və Avropa Komissiyasının indiki sədri Ursula fon …