Ana səhifə / Dünya / 300-dən çox pravoslav rahib müharibəni dəstəkləyən ali dini liderə qarşı çıxdı

300-dən çox pravoslav rahib müharibəni dəstəkləyən ali dini liderə qarşı çıxdı

Rus Pravoslav Kilsəsinin ali dini lideri Patriarx Kirill bir müddət öncə Ukraynaya qarşı müharibəni dəstəkləmiş və bunu “səlib yürüşü” adlandırmışdı.

Rusiyadakı 300-dən çox pravoslav rahib bu səbəblə dini liderlərə qarşı çıxaraq sülh üçün məktub yazmış və onu qınamışdılar.

Misir, Rumıniya, Ukrayna, Türkiyə, Yunanıstan, Hollandiya, ABŞ və s. ölkələrdəki rus pravoslav kilsələrinin baş yepiskopları da dini liderin bu çıxışına qarşı çıxıb.

İstanbul Patriarxı Bartholomeos da Kirillin bu açıqlamalarını şiddətlə qınadığını bildirib. Ukraynanın şərqində yerləşən Moskvaya bağlı rus pravoslav kilsələrinin baş yepiskopları da rahiblərə və inanclılara müraciət edərək bundan sonra Patriarx Kirill üçün dua etməmələrini bildirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …