Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / 3 rus jurnalist Gürcüstana buraxılmadı – Səbəb

3 rus jurnalist Gürcüstana buraxılmadı – Səbəb

“KİV-in regionda etimadın möhkəmləndirilməsində rolu” Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən üç rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb.
“Sputnik Gürcüstan”-nın yaydığı məlumata görə, həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokaryev, TASS agentliyinin hərbi müxbiri Viktor Litovkin və Rusiya cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Qennadiy Bordyuqov olub.
Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, rusiyalılar “işğal olunmuş ərazilər haqqında” qanunu pozduğu üçün ölkəyə buraxılmayıb/modern.az

Həmçinin oxuyun

Ərdoğan təşəkkür etdi – Binəli Yıldırım ağladı (FOTO+VİDEO)

Prezident Rəcəb Tayyib Ərdoğan Binali Yıldırıma təşəkkür edib.  Unikal.org xəbər verir ki, Ərdoğan 23 İyun İstanbul …