Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Ermənistanda növbəti rəzalət

Ermənistanda növbəti rəzalət

Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir.

Bu barədə erməni KİV-ləri məlumat yayıblar. Məqalədə deyilir ki, belə neqativ hallar 2016-cı ildə də olmuşdu. Hazırda yenidən belə hiyləyə əl atılmasının səbəb isə çox sadədir. Ordudan tərxis edilənlərin hərbi biletlərində onların müharibədə iştirak etdikləri barədə qeydlər olmasın:

“Bizə belə neqativ hallarla bağlı çoxlu şikayət və siqnallar daxil olur. Fakt budur ki, orduda olan sürücülər döyüş əməliyyatlarının iştirakçısı sayılmırlar və əsgərlər üçün verilən imtiyazlardan istifadə etmirlər. Ona görə də müharibə iştirakçılarının kütləvi şəkildə gələcəkdə bəzi imtiyazlardan məhrum edilməsi üçün bu cür addımlar atılır”.

Xatırladaq ki, Aprel müharibəsindən sonra da, erməni əsgərlərin hərbi kitabçalarında döyüşlərdə iştirak etməsinə dair qeydlər olmurdu. Yalnız KİV-in qaldırdığı səs-küydən sonra düzəlişlər edilmişdi və bu mövzu həmin dövrdə də qalmaqala səbəb olmuşdu. Azvision.az

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …