Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / 21 PKK terrorçusu məhv edilib

21 PKK terrorçusu məhv edilib

Türkiyə İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatları davam etdirir. PKK-nın əsas yuvası olan Qəndil şəhərinə hava zərbələrindən sonra, İraqın şimalındakı Bəstlər-Dərələrə və Hakurk bölgəsində də zərbələr endirilib. Nəticədə 9 terrorçu məhv edilib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla da, Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalındakı əməliyyatlarında zərərsizləşdirilən PKK terrorçularının sayı 21-ə çatıb. Hakurkda həmçinin, terrorçuların sığınacaqları və silah-sursat anbaları da hədəfə alınaraq məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) təqribən 3 aydır davam edən əməliyyatlar nəticəsində İraqın şimalındakı 400 kilometr ərazini PKK terrorçularından təmizləyib. Hərbi əməliyyatlarda 11 martdan bu günədək 180-nə yaxın terrorçu məhv edilib.

İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …