Bazar , Yanvar 23 2022
Ana səhifə / Dünya / 2021-ci ilin ən varlı 10 insanı – SİYAHI

2021-ci ilin ən varlı 10 insanı – SİYAHI

“Bloomberg” 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq, onlar ötən il də maddi güclərini artırmağı bacarıblar.

Siyahıda birinci “Tesla” və “SpaceX”in sahibi İlon Mask olub. O, 114 milyard dollar qazanıb. Onun var-dövləto 270 milyard dollara yüksəlib.

Siyahının ikincisi 192 milyard dollarla Ceff Bezos, üçüncüsü 178 milyard dollarla Bernar Arno olub. Bill Qeys 138 milyard dollarla dördüncü yerdə qərarlaşıb.

Siyahının beşincisi 128 milyard dolları olan Larri Peyc, altıncısı 125 milyard dollarla Mark Zukerberq, yeddincisi124 milyard dollarla Sergey Brin, səkkizincisi 120 milyard dollarla Stiv Balmer, doqquzuncusu 109 milyard dollarla Uorren Baffet olub. Siyahıda sonuncu isə 107 milyard dollarla Larri Ellison qərarlaşıb. (Axsam.az)

Həmçinin oxuyun

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – NAZİR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək. …