Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Dünya / 2021-ci ildə Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar birbaşa xarici sərmayə qoyulması gözlənilir

2021-ci ildə Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar birbaşa xarici sərmayə qoyulması gözlənilir

2021-ci ildə Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar birbaşa xarici sərmayə qoyulması nəzərdə tutulur.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev keçirdiyi müşavirədə deyib. Müşavirədə bu il əldə edilən uğurlar, 2021-ci ildə Özbəkistana sərmayə qoyuluşu və ticarətin inkişafı sahəsində geniş müzakirələr aparılıb. Dövlət başçısı deyib ki, bu il ölkə iqtisadiyyatına 6,6 milyard dollar sərmayə qoyulub. İlin sonunadək ixraca 15 milyard dollarlıq məhsulun göndərilməsi reallaşacaq.

Ş.Mirziyoyev bildirib ki, gələn il Özbəkistanda 226 böyük layihənin həyata keçirilməsi nəzərdə tutulur. 2021-ci ildə 17 milyard dollar ixrac əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır. Yanvarın 1-də xarici tərəfdaşlarla ixrac müqavilələrinin bağlanması ilə bağlı artıq səlahiyyətli orqanlara tapşırıqlar verilib.

Həmçinin oxuyun

İran Quru Qoşunlarının komandanı və 15 mühüm şəxs sanksiyaya düşdü

Avstraliya hökuməti çərşənbə axşamı İran Quru Qoşunlarının komandanı, general-mayor Əbdülrəhim Musəviyə qarşı sanksiyalar tətbiq etdiyini …