Ana səhifə / Dünya / 2018-ci ildə “Brexit”lə bağlı nələr gözlənilir?

2018-ci ildə “Brexit”lə bağlı nələr gözlənilir?

2017-ci ildə “Brexit”in gedişatında baş verən bütün hadisələr qeyri-müəyyən idi və qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. 2018-ci ildə politoloqlar prosesin daha sistematik işləyəcəyini düşünürlər.

2018-ci ildə “Brexit” prosesində gözlənilən ilk şey Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıq arasında, ikincinin çıxarılmasına dair rəsmi raport verilməsi və hüquqi müqavilənin imzalanmasıdır. Bu müqavilədə İrlandiya sərhədinin tənzimlənməsindən başqa bütün detalların öz əksini tapacağı gözlənilir. Yanvar ayının sonunda “Brexit”dən sonrakı keçid dövrünün təyin edilməsi rəsmi müzakirələrdə öz əksini tapacaq. Lakin keçid dövrünün, xüsusilə biznesmenlər üçün, kifayət olmayacağı düşünülür, çünki yeni dünyaya hazırlaşmaq bir o qədər də asan görünmür.

Fevral ayının əvvəllərində baş nazir Tereza Meyin “Brexit” ilə bağlı genişmiqyaslı çıxışı gözlənilir. Ticarət və təhlükəsizlik məsələləri haqqındakı danışıqlar aprel ayından tez başlamayacaq.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə oktyabr ayına qədər bütün məsələlərdə artıq razılıq müqaviləsinin əldə edilməsində israrlıdır. Çünki 2019-cu ilin mart ayına qədər, hansı ki, Britaniya rəsmi olaraq Aİ-dən ayrılacaq, müqavilənin yenidən gözdən keçirilməsi üçün vaxt lazım olacaq.

2018-ci ildə “Brexit” Birləşmiş Krallıqdan böyük miqdarda siyasi iradə və enerji tələb edəcək. (AzərTAc)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …