Ana səhifə / Dünya / 20 Yanvar faciəsinin baiskarı – 93 yaşlı Yazov ömürlük həbs oluna bilər

20 Yanvar faciəsinin baiskarı – 93 yaşlı Yazov ömürlük həbs oluna bilər

Litvanın Baş Prokurorluğu Sovet marşalı Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb edib.

Bu barədə BNS agentliyi məlumat yayıb.

“Dmitri Yazov Litvanı SSRİ-ni tərkibinə qaytarmaq məqsədilə 1990-cı ilin sonunda hərbi və siyasi xadimlərdən ibarət 160 nəfərlik mütəşəkkil qrup yaradıb. O, beynəlxalq humanitar hüququn qoruması altında olan insanların ölümü, işgəncə və digər qeyri-insani davranışlar, qadağan olunmuş hərbi hücumlar, qadağan olunmuş hərbi sursatdan istifadə və digər hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur”, – deyə Litva Baş prokurorluğunun ittihamnamə aktında qeyd olunub.

Prokurorluğun nümayəndəsi Dayva Skorpuskayte-Lisauskene bildirib ki, Yazovla birgə, 1991-ci il 13 yanvar hadisələrində əli olan 67 nəfərin cəzalandırılması tələb olunub. Onların sırasında Litvalı dövlət xadimlərilə yanaşı, KQB-nin keçmiş zabiti Mixail Qolovatov, SSRİ daxili işlər nazirinin müavini Nikolay Demidov və digərləri var.

Qeyd edək ki, hazırda Moskvada yaşayan 93 yaşlı Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. O, 1990-cu ildə marşal rütbəsi alıb. Yazov 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinin baiskarlarından biridir. O, həmçinin, 1991-ci ilin avqustunda həyata keçirilən dövlət çevrilişinin iştirakçısı olub və buna görə məhbəs həyatı yaşayıb. (AzVision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …