Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / 17 yaşı var, 56 min dollar təqaüd alacaq – Hamı Yasindən danışır

17 yaşı var, 56 min dollar təqaüd alacaq – Hamı Yasindən danışır

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb.

Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini “Kompüter Mühəndisliyi” bölümündə davam etdirəcək.

Xatırladaq ki, Yasin “II Robot Olimpiadası”nda “Hardware Control” kateqoriyası üzrə birinci olmuşdu. Meksikada keçirilən “First Global” beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazansa da, maddi dəstək olmadığından buna nail ola bilməyib.

Qeyd edək ki, Y. Quliyev “Ankara məktəbi” məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyurG

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …