Ana səhifə / Dünya / 1,7 milyondan çox insan Ukraynanı tərk edib

1,7 milyondan çox insan Ukraynanı tərk edib

Martın 8-nə olan məlumata görə, fevralın 24-də müharibə başlayandan bəri Ukraynanı 1 735 068 nəfər tərk edib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
Onlardan 1 027 603 nəfər Polşaya, 180 163 nəfər Macarıstana, 128 169 nəfər Slovakiyaya, 82 762 nəfər Moldovaya, 78 977 nəfər Rumıniyaya, 53 300 nəfər Rusiyaya köçüb.

406 nəfər Belarusla sərhədi keçib, 183 688 nəfər isə digər Avropa ölkələrinə gedib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …