Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Belçika kampda ölən azərbaycanlının meyitini yandırmaq istəyir: ailəsi köməksiz qalıb-Fotolar

Belçika kampda ölən azərbaycanlının meyitini yandırmaq istəyir: ailəsi köməksiz qalıb-Fotolar

Belçikadan sığınacaq istəyən azərbaycanlı ailə başsız qalıb. AzEuroNews.com-un məlumatına görə, Belçikadakı qaçqın kampında qalan İbrahimovlar ailəsinə ağır itki üz verib. Belə ki, ailənin başçısı Elçin İbrahimov rəhmətə gedib.

Mərhum Elçin İbrahimov
Mərhum Elçin İbrahimov

Meyitin Azərbaycana göndərilməsi üçün pul istəyən Belçika hökumətinin bu istəyi qarşısında hazırda kampda qalan mərhumun xanımı Aytən İbrahimova və iki azyaşlı uşağı çarəsiz duruma düşüb.

Saytımıza verilən məlumata görə, Belçika hökuməti mərhum Elçin İbrahimovun meyitinin Azərbaycana göndərilməsi üçün 4 min avro pul istəyir. Məbləğin 500 avrosunu ödəməyi dövlət öz üzərinə götürüb. Tələb olunan məbləğ verilməsə meyit yandırılacaq.

Ailəsi isə mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Artıq “facebook”da ailəyə kömək üçün pul toplanılmasına başlanılıb.

Həmçinin oxuyun

Fransanın müharibə cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

“Washington Post” bu ilin yanvarında Əlcəzair mənşəli fransız jurnalisti Nabila Ramdaninin maraqlı məqaləsini dərc edib. …