Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / 15 iyul qiyamından 2 il keçir

15 iyul qiyamından 2 il keçir

Türkiyədə 15 iyul – dövlət çevrilişinə cəhd olayından 2 il keçir.

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir. Bu münasibətlə bütün ölkə üzrə şəhidlərin anım mərasimləri təşkil olunur.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup şəxs Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edib.

Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Bu məqsədlə ilk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi atəşə tutulub. Ağır sınağından üzüağ çıxan Türkiyə xalqı böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb.

Dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib. Qiyamın hazırlanmasında təqsirli bilinən 661 nəfər barəsində ömürlük həbs qərarı verilib.


AzVision.az 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …