Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / 15 deputat Meral Akşenerin partiyasına keçdi –İYİ-nin seçki yolu açılır

15 deputat Meral Akşenerin partiyasına keçdi –İYİ-nin seçki yolu açılır

Türkiyədə erkən seçki qərarı ilə yeni yaranan İYİ Partiyanın seçkiyə buraxılıb-buraxılmayacağı müzakirə olunarkən, CHP və İYİ partiya liderləri B planını işə salıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, CHP lideri Kamal Kılıncdaroğlu İYİ-nin parlamentə gedən yolunu açmaq üçün 15 deputatının həmin partiyaya keçməsinə göstəriş verib.

Qeyd edək ki, hazırda Türkiyə parlamentində Maral Akşenerin lideri olduğu İYİ-nin 5 depuatı var. Bu sıraya qatılacaq 15 deputatdan sonra İYİ 20 deputatı ilə parlamentdə fraksiyası olacaq 5-ci partiya kimi avtomatik seçkiyə qatılmaq imkanı qazanır.

Məlumata görə, “Habertürk TV” artıq İYİ-yə keçəcək deputatların bəzilərinin adlarını da verib: “Onların arasında Ahmet Akın, Bursadan deputat Nurhayat Altaca, Burdurdan deputat Mehmet Göker və Ədirnədən deputat Okan Qaytancıoğlunun da adı var”.

Xəbərə görə, hər iki partiyanın lideri 15 deputatın keçidini gizli görüşdə razılaşdırıblar: “15 deputatın İYİ-yə keçidi ilə bağlı qərar bu gün axşam saatlarında rəsmən elan olunacaq”.

Məlumata görə, İYİ-nin parlament seçkilərinə getməsi AKP ilə müttəfiqlik sazişi bağlayan MHP üçün ciddi problem yaradacaq: “Şübhə yox ki, MHP-nin səslərinin böyük hissəsi Meral Akşenerin partiyasına axacaq”. 

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …