Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / QHT və media təmsilçilərinin İğdır-Qars səfəri davam edir

QHT və media təmsilçilərinin İğdır-Qars səfəri davam edir

 

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİM-DER) dəstəyi ilə 24-26 noyabrda Azərbaycan QHT və KİV nümayəndələrinin Qarsa səfəri təşkil edilib.

 Azinforum.az xəbər verir ki, səfərin ilk günündə azərbaycanlı nümayəndələr öncə Iğdırın Daşburun qəsəbəsində Kərbalayi İsmayıl Çimenin məzarını, Iğdır Soyqırım Muzeyini, Heydər Əliyevin abidəsini ziyarət edib. 

Daha sonra Iğdırda fəaliyyət göstərən QHT və KİV nümayəndələri ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlığı, hər iki ölkənin münasibətləri, müəyyən problemlər müzakirə edilib, təkliflər irəli sürülüb. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev çıxışı zamanı hər iki ölkənin QHT rəhbərlərinin səsləndirdiyi problemlərin tezliklə həllini tapacağını, irəli sürülən təkliflərin proqram şəklinə salınıb baxılacağını qeyd edib. Azərbaycan və Türkiyə QHT nümayəndələri Iğdır şəhər valisi ilə görüşərək səfərin ilk gününü yekunlaşdırıb.

Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlığıdır.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİM-DER) dəstəyi ilə 24-26 noyabrda Azərbaycan QHT və KİV nümayəndələrinin Qarsa səfəri təşkil edilib.

Modern.az xəbər verir ki, səfərin ilk günündə azərbaycanlı nümayəndələr öncə Iğdırın Daşburun qəsəbəsində Kərbalayi İsmayıl Çimenin məzarını, Iğdır Soyqırım Muzeyini, Heydər Əliyevin abidəsini ziyarət edib. 

Daha sonra Iğdırda fəaliyyət göstərən QHT və KİV nümayəndələri ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlığı, hər iki ölkənin münasibətləri, müəyyən problemlər müzakirə edilib, təkliflər irəli sürülüb. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev çıxışı zamanı hər iki ölkənin QHT rəhbərlərinin səsləndirdiyi problemlərin tezliklə həllini tapacağını, irəli sürülən təkliflərin proqram şəklinə salınıb baxılacağını qeyd edib. Azərbaycan və Türkiyə QHT nümayəndələri Iğdır şəhər valisi ilə görüşərək səfərin ilk gününü yekunlaşdırıb.

Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlığıdır.

 

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …