Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / 11 oktyabr Beynəlxalq Qızlar günüdür – Azərbaycanda doğulanların 47 faizi

11 oktyabr Beynəlxalq Qızlar günüdür – Azərbaycanda doğulanların 47 faizi

Bu gün – 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

Hər il bu günün ayrı-ayrı mövzusu olur. Beynəlxalq Qızlar günü bir il bir problemə, növbəti il başqa bir problemə həsr olunur.

Beynəlxalq ekspertlər deyirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: qızlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Bir sıra ölkələrdə cinsi ayrı-seçkilik halları yaşanır.

Dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olub. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.

Azərbaycanda da qızlarla bağlı bəzi problemlər mövcuddur. Bu, əsasən erkən nikahlarda özünü gğstərir. Azərbaycanda qızların nikah yaşı 18 olsa da, bəzi rayonlarda 14-17 yaşlarında evləndirlən qızlar var.

Bu, rəsmi səviyyədə də etiraf olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il avqust ayının 1-i vəziyyətinə ölkə əhalininin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. Əhalinin ümumi 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.(Modern. az)

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …