Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Dünya / 11 nəfər prezident olmaq istəyir -ADLAR

11 nəfər prezident olmaq istəyir -ADLAR

Türkiyənin Ali Seçki Komissiyası (YSK) prezidentliyə namizədliyi qəbul olunan şəxslərin adlarını açıqlayıb.

Belə ki, 11 nəfərin namizədliyi təsdiqlənib.

Onlar Mühərrəm İncə, Sinan Oğan, Doğu Perinçek, Məhəmməd Əli Fatih Ərbakan, Tevfik Ahmet Özal, Davut Turan, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, və Yakup Türkaldır.

Onların arasında Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan və “Türkiyə İttifaqı”nın namizədi Əhməd Özalın adı diqqət çəkir. Çünki onların ilk müraciətlərində namizədlikləri qəbul edilməmişdi. Lakin daha sonra sənədləri düzəldib, yenidən müraciət etdilər və namizədlikləri təsdiqləndi.

Adıçəkilən şəxslərin namizədliyinin təsdiqləndiyi dövlət qəzetində (Rəsmi Qəzet) də dərc olunub. Adları açıqlanan 11 nəfər 100 min imza toplayaraq namizəd olublar. 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədlikləri isə partiyaları tərəfindən irəli sürüləcək.

Cebhe.info

Həmçinin oxuyun

Ukrayna Ali Radası Gürcüstanın adını dəyişdirdi

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Qərara əsasən, rəsmi …