Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / 104 yaşlı alim evtanaziya ilə həyatına son verdi: “Nə üçün gözləyirik ki…”

104 yaşlı alim evtanaziya ilə həyatına son verdi: “Nə üçün gözləyirik ki…”

104 yaşlı avstraliyalı alim Deyvid Qudoll İsveçrədə evtanaziya ilə həyatına son verdi.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qudoll Bazel şəhərində mətbuat konfransı təşkil edərək jurnalistlərin suallarını cavablandırıb. “Əgər biri ölmək istəyirsə, bu kifayət etməlidir. Heç kim buna müdaxilə eləməməlidir” deyən alim prosesin iynə ilə həyata keçiriləcəyin və bəzi ailə üzvlərinin onunla birlikdə olacağını dilə gətirib. O deyib ki, 6 ildir görmə, son 2 il ərzində isə digər həyati orqanları zəifləyib, qulağı çətinliklə eşidir, buna görə də ona verilən suallar təkrarlanırdı.
Deyvid Qudoll ölməmişdən əvvəl Bethovenin IX simfoniyasının final hissəsinə qulaq asdı və sevdiyi balıq və kartof qızartmasını yedi. Evtanaziya prosesi bir otaqda yaxınlarının müşayiəti ilə keçirildi.
O, mətbuat konfransında “Etmək istədiyim çox şey vardı, amma bunlar üçün artıq gecdir. İstəklərimi reallaşdırmadan getdiyim üçün məmnunam” demişdi, sonra sözləri isə bu oldu:
“Nə üçün gözləyirik ki…”
Qeyd edək ki, evtanaziya prosesi Avstraliyada qadağandır və Qudollun bu prosesi öz ölkəsində reallaşdıra bilməməsi medianın gündəminə düşmüş, insanlara ölmək hüququnun verilməsi müzakirəyə çıxarılmışdı.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …