Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Dünya / 1 milyon müsəlmanın həccə getməsi əngəlləndi – FOTO

1 milyon müsəlmanın həccə getməsi əngəlləndi – FOTO

Səudiyyə Ərəbistanı İordaniya pasportunu ləğv edərək 1 milyon müsəlmanın həcc ziyarətinə getmələrinə qadağa qoyub. 
Belə ki, Səudiyyə Ərəbistanı və İsrail hökuməti arasında diplomatik əlaqə olmadığı üçün İsrail və Fələstindəki müsəlmanlar 1978-ci ildən bəri həcc ziyarətlərini yerinə yetirmək üçün öncə İordaniyaya gedib müvəqqəti İordaniya pasportu aldıqdan sonra ziyarət üçün Ərəbistana daxil olurdular.
İordaniya Həcc komitəsinin sədri Səlim Salah Ərəbistan hökumətinin noyabr ayında aldığı qərar ilə bundan sonra həcc ziyarətinə getmək istəyənlərin müvəqqəti İordaniya pasportlarını qəbul etməmək qərarı aldığını bildirib.
İordaniya İslami əlaqələr və Müqəddəs yerlər nazirliyi isə bir milyon müsəlmanın həccə getmələrinə qadağa qoyan qərarın ləğvi üçün Ərəbistan rəsmiləri ilə əlaqə yaratdıqlarını, amma hər hansı bir razılaşma olmadığını ifadə edib. (Moderator.az)
VIPedu.BIZ

Həmçinin oxuyun

Rusiya Prezidenti: “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib”

“Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir”. “Report” …