Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Dünya / 1 milyard dollar kimin “cibinə” getdi?

1 milyard dollar kimin “cibinə” getdi?

Kriptovalyuta bazarında bütün iri sövdələşmələri izləyən “Whale Alert” proqramı dollar ekvivalenti ilə dəyəri 1 milyarddan yuxarı olan 94 min 500 bitkoinin naməlum “pul kisəsinə” transfer edildiyini qeydə alıb.

Virtualaz.org xəbər verir ki, həmin məbləğ ora 15 ayrı “pul kisəsindən” köçürülüb. Bu köçürmədən sonra naməlum “pul kisəsi” dərhal saxladığı pulun həcminə görə kriptovalyuta bazarında dördüncü yerə yüksəlib. 

Ekspertlər təxmin edirlər ki, bu köçürmə kriptovalyuta bazarındakı hansısa iri oyunçunun pulları bitkoindən çıxarıb dollara çevirmək cəhdi ilə əlaqəli ola bilər. Bu da məbləğin iri olduğu nəzərə alınarsa bazarda xaos yaradardı.

Qeyd edək ki, sanksiyaların təsiri altında olan İran və Şimali Koreya kimi ölkələr beynəlxalq maliyyə əməliyyatlarında kriptovalyutadan getdikcə daha çox istifadə etməyə başlayıblar. Habelə kriptovalyuta ilə əməliyyatlardan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalar, çirkli pulların yuyulmasını həyata keçirən korrupsionerlər də istifadə edir.

Həmçinin oxuyun

Məmurun Naftalanda “şokolad vannası”ndan fotosu – Tənqid edildi

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub. …