Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / 1.5 milyonluq “Ferrari”si olan şəxs yardım istədi

1.5 milyonluq “Ferrari”si olan şəxs yardım istədi

Türkiyənin Samsun şəhərində 1,5 milyon lirəlik “Ferrari” markalı avtomobilə sahib olan vətəndaş Sosial Yardım Vəqfi tərəfindən verilən min lirəlik yardım üçün müraciət edib.

Kömək istəyən şəxsin elektron hökumət portalı vasitəsi ilə müraciət etdiyi bildirilib. O, avtomobilin dostunun olduğunu bildirib. Lakin öz adına olduğunu qeyd edib.

Hər bir müraciət ciddi şəkildə analiz edildiyi üçün bu şəxs hökumət rəsmilərini aldada bilməyib. Səlahiyyətli şəxslər qısa zamanda bu qəribə müraciəti aydınlaşdırıblar. Bundan əlavə həmin bölgədə xeyli sayda dükanları, təsərrüfat sahələri və s. böyük gəlir mənbələri olan şəxslər də yardım pulunu almaq üçün müraciət ediblər.

“İlkadim” Sosial Yardım və Həmrəylik Vəqfinin təmsilçisi belə müraciətlərə görə çox böyük təəssüf hissi keçirdiyini də qeyd edib. Vəqfdən bildirilib ki, 10 gündə cəmi 13 min insan müraciət edib. Bunlardan əksəriyyəti maddi olaraq yüksək imkanlara sahib olan şəxslərdir.

Vəqfin müdiri Əsəd Bayraqçı qeyd edib ki, bu müraciətlərin yarısından çoxu geri qaytarılır. Əsəd Bayraqçı daha sonra belə insanlara çağırış edib. O, insanlara, müraciət etmədən öncə əllərini vicdanlarına qoyub, həqiqətən bu pula ehtiyacı varmı deyə, özlərinə sual vermələrini xahiş edib. Müdir bu cür müraciətlərin həqiqətən ehtiyac sahiblərinin pul almasını da gecikdirdiyini qeyd edib.

Qeyd edək ki, buna bənzər hadisə bir neçə gün öncə Azərbaycanda da baş vermişdi. Adında 49 mənzil olan şəxsin 190 manatlıq yardım üçün müraciət etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da açıqlama verərək, belə şəxslərin ciddi şəkildə ictimai qınaqla üzləşməsinin vacibliyini vurğulamışdı.   /Musavat.com

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …