Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Əsrin etirafı: “Yeni doğulan 5 min körpənin yerini dəyişmişəm“

Əsrin etirafı: “Yeni doğulan 5 min körpənin yerini dəyişmişəm“

Təqaüdçü tibb bacısı Elizabet Bualya Zambiyada ölüm yatağında olarkən etdiyi etirafla hər kəsi şoka salıb.

Yenisabah.az xəbər verir ki, o, xəstəxanada qaldığı müddətdə, yəni 13 il ərzində 5 min körpənin zövq almaq üçün yerini dəyişdiyini deyib:

“Tanrını tapdım və yenidən doğuldum. Gizlədəcək heç bir şeyim yoxdur. Övladlarınıza yaxşı baxın. Məsələn, hər kəsin dəri rəngi açıq, ancaq sizinki tünddürsə, dəyişdirdiyim körpələrdən biri ola bilərsiz. Bağışlayın. Bunun üçün cəhənnəmə getmək istəmirəm. 1983-1995-ci illər arasında UTH-də anadan olmusunuzsa, valideynləriniz bioloji valideynləriniz olmaya bilər”.

Bildirək ki, tibb bacısı 1983-1995-ci illər arasında Lusakadaki Universitet Tədris Xəstəxanasında (UTH) işləyib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …