Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Ərdoğandan Trampa sərt mesaj: “Nə işlər çevirdiklərini bilirik”

Ərdoğandan Trampa sərt mesaj: “Nə işlər çevirdiklərini bilirik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşü öncəsi həmkarına sərt mesajlar yollayıb.

Ərdoğan ABŞ-ın PKK ilə işbirliyində olmaqda ittiham edib.

“Qəndildəki PKK-nı terror təşkilatı elan edib mükafat vəd edənlərin, arxada həmin terrorçularla nə işlər çevirdiklərini çox yaxşı bilirik”, – Ərdoğan vurğulayıb.

Fərətın şərqindəki suriyalıların taleyi ilə bağlı danışan Türkiyə prezidenti deyib: “Fəratın şərqindəki suriyalı qardaşlarımızın terror təşkilatlarının əlindən inildədiyinin fərqindəyik. Çox yaxın zamanda bu bölgədəki məzlumları da təhlükəsizliyə və sabitliyə qovuşduracağıq. Bizə qurulan tələləri ən qısa zamanda sahibləri və əlaltılarının başına keçirib, yolumuza davam edəcəyik”. (AzVision.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …