Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / ƏRDOĞANDAN QÜDS MESAJI – “Qüds gedərsə, Kəbəni itirərik…”

ƏRDOĞANDAN QÜDS MESAJI – “Qüds gedərsə, Kəbəni itirərik…”

“Qüds hər birimizin təməlidir”.“ Bu sözləri bu gün Lütfi Kırdar Konqres Mərkəzində Necip Fazıl mükafatları proqramında iştirak edərkən Ərdoğan deyib.

Qüds qərarı ilə bağlı açıqlamalar verən Ərdoğan “Bütün müsəlmanların gələcəyini yaxından maraqlandıran oyunu biz pozduq. İndi də Qüds üzərindən hücuma başladılar. İlk addımları çərşənbə günü atdıq. Bunu bilirik ki, Qüds gedərsə, Mədinəni qoruya bilmərik. Mədinə gedərsə Məkkəni qoruya bilmərik. Məkkə gedərsə Kəbəni itirərik. Qüds gedərsə, İstanbul, İslamabad, Şam əlimizdən gedər. Qüds hər birimizin həssas yeri, namuzu, təməlidir. Türk milləti olaraq hələ dünyaya son sözümüzü söyləmədik. Milyonlarla müsəlman olaraq da son sözümüz hələ ağzımızdan çıxmadı. Hər şeyin vaxtı olduğu kimi, bu böyük söhbətin də mənası var” deyib.

Daha sonra Ərdoğan fikirlərinə “Keçmişdə olduğu kimi otur deyildiyi zaman otursaq, sus deyildiyində sussaq, ver deyildiyində versək, al deyildiyində alsaq, inanın mənə, bu hücumların heç biri ilə qarşılaşmazdıq. Amma biz bu və ya bu gücün nə dediyinə deyil, sadəcə və sadəcə Allahın nə dediyinə baxdıq, sadəcə və sadəcə millətimizin nə dediyinə baxdıq” sözlərini əlavə edib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …