Ana səhifə / Dünya / Ərdoğan: Türkiyə qoşunlarını Suriyadan çıxarmayacaq

Ərdoğan: Türkiyə qoşunlarını Suriyadan çıxarmayacaq

Türkiyə məqsədlərinə nail olmayana qədər Suriyadan qoşunlarını çıxarmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, heç bir ölkə Türkiyədən “Zeytun budağı” əməliyyatını saxlamağı tələb edə bilməz.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada terrorçuların bütün planlarını alt-üst etdi.

Daha sonra Türkiyə prezidenti əlavə edib: “”Zeytun budağı” hərbi əməliyyatı çox qısa zamanda yekunlaşacaq”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …