Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ərdoğan türk lirəsinin ucuzlaşmasını “iqtisadi sui-qəsdin nəticəsi” adlandırdı

Ərdoğan türk lirəsinin ucuzlaşmasını “iqtisadi sui-qəsdin nəticəsi” adlandırdı

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan lirənin xarici valyutalar, o cümlədən ABŞ dolları və avro qarşısında kəskin dəyər itirməsinə münasibət bildirib. Türkiyə mətbuatı yazır ki, dövlət başçısı bunu “iqtisadi sui-qəsdin nəticəsi” adlandırıb.

“Seçkilərdən əvvəl artan valyuta məzənnələrinin məqbul bir səviyyəyə düşməsini gözlədiyimiz halda, tamamilə əks vəziyyətlə qarşılaşdıq. Məzənnə iqtisadi amillərdən asılı olmayaraq, məntiqə sığmayacaq şəkildə yüksəldi. Yeni il ərəfəsində qiyməti 3,8 lirə, mart-aprel aylarında 4 lirə, mayda 4,12 lirə, iyunda keçirilmiş seçkilərin səhəri günü isə 4,06 lirə olan dolların sonradan 7 lirəyə qədər bahalaşması iqtisadi sui-qəsdin nəticəsidir. ABŞ-ın Türkiyə ilə bağlı ardıcıl olaraq qəbul etdiyi mənfi qərarlarla iqtisadiyyatımız hədəfə alındı. Avqustda Türkiyədə siyasi qeyri-sabitlik olmayıb, hərbi və digər fövqəladə vəziyyət yaranmayıb. Amerikanın suverenliyimizə qarşı tələblərinə cavab vermədik deyə belə bir vəziyyətin yaranması məsələnin tamamilə siyasi olduğuna dəlalət edir. Amma bilmək lazımdır ki, Türkiyə hüquqi dövlətidir, qəbilə dövləti deyil”, – deyə o, qeyd edib.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, ABŞ-ın hücumları Hindistan və Çin kimi ölkələrdə də narahatlıq yaradıb.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …