Ana səhifə / Dünya / Ərdoğan: “”Togg”un digər liderlərə çatdırılması davam edəcək”

Ərdoğan: “”Togg”un digər liderlərə çatdırılması davam edəcək”

“Togg”un digər liderlərə də çatdırılması davam edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çatdırılma tırlarımız artıq yollardadır. Bundan başqa, eynisini əziz qardaşım İlham Əliyevə və Özbəkistan prezidenti Şevkət Mirziyoyevə də göndərdik. Ümid edirəm ki, bu yolla digər liderlərlə də “Togg” u paylaşacağıq. “Togg” təkcə milli deyil, həm də beynəlxalq brenddir. Dünya da bunu görəcək. Hazırda “Togg”u əldə edən dostlar, qardaşlar məmnundurlar. İnanıram ki, Türkiyədə də bu maşını tərcih edənlər məmnun olacaqlar. Nazirlər də xüsusilə vətəndaşları avtomobillərinə dəvət edir, hamı çox razıdır”, Ərdoğan deyib.

O, elektromobili dəyərləndirərkən ona laqeyd yanaşamamağı dəvət edib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …