Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist Camal Kaşıkçı və rahib Endrü Branson məsələlərinə şərh bildirib.

Azinforum.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK Partinin qrup toplantısından çıxan Türkiyə prezidenti jurnalistlərin suallarına cavab verib.
“Məqsədimiz rəy formalaşdıracaq nəticəyə çatmaqdır” – Ərdoğan vəhşicəsinə öldürüldüyü ehtimal edilən jurnalist Caman Kaşıkçı barəsində deyib.

Rahib Endrü Branson barədə isə Türkiyə prezidenti “Türk mühakiməsinə etibarın nəticəsidir” – deyə ifadə edib.

Qeyd edək ki, The Washington Post nəşrinin jurnalisti Camal Kaşıkçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı krallığının konsulluğuna çağırılıb və bina girdikdən sonra ondan bir daha xəbər alınmayıb. ABŞ vətəndaşı rahib Endrü Branson isə Türkiyədə PKK və FETO terror təşkilatları ilə əlaqədə ittiham olunaraq həbs edilmiş və oktyabrın 12-də məhkəmənin qərarı ilə həbsdə qaldığı müddət nəzərə alınaraq azadlığa buraxılıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …