Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Ərdoğan millətimizin ürəyindəki namizəddir” – Baxçalı

“Ərdoğan millətimizin ürəyindəki namizəddir” – Baxçalı

“Ərdoğan millətimizin ürəyindəki namizəddir”.

Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Adıyamanda çıxışı zamanı deyib.

“28 maydakı seçkidə iki namizəd var, amma millətimizin ürəyindəki namizəd Ərdoğandır. İndiyə qədər edilən xidmətlərin davam etdirilməsi üçün 28 may seçkiləri daha çox əhəmiyyət kəsb edir. 6 fevral zəlzələləri tarixə heç bir ölkədə görülməmiş bir fəlakət kimi yazılıb. Burada ölkəmizin 50 mindən çox övladı şəhid olub. Onlara Allahdan rəhmət diləyirəm. Cəmiyyət olaraq çox düşünüb əhəmiyyətli bir qərar verə biləcək vəziyyətdə olmalıyıq”, – deyə Baxçalı bildirib.//Qafqazinfo

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …