Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ərdoğan: “İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək”

Ərdoğan: “İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək”

İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır:

“Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …