AzNews.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə təşkil olunan toplantıda böyük bir sürprizlə məşhur türk müğənnisi İbrahim Tatlısəsin millət vəkili namizədliyini açıqlayaraq onu səhnəyə dəvət edib və onunla birgə mahnı ifa edib.

‘Yaylalar’ mahnısını Afrin ve Münbiçə həsr edərək Erdoğanla birlikdə ifa edən Tatlısəs bir xatirəsini də danışıb. Tatlısəs oğlu İdo iki aylıq olanda villasına təbii qaz çəkilməsi üçün Ərdoğan İstanbulun Bələdiyyə Başçısı olduğu vaxtlarda ona zəng etdiyini və onun qısa bir vaxtda məsələni həll etdiyini bildirib.