Ana səhifə / Dünya / Ərdoğan hamının gözlədiyi müjdəni verdi

Ərdoğan hamının gözlədiyi müjdəni verdi

Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, “Fatih” qazma gəmisi 20 iyul 2020-ci ildən başlayaraq “Tuna 1” kəşfiyyat zonasında işləyir və 320 milyard kubmetr təbii qaz ehtiyatı tapıb.

“Bu əməliyyatı tamamilə milli vasitələrlə həyata keçirdik. Bütün test, mühəndislik işləri tamamlanıb. Bu, çox zəngin yatağın bir parçasıdır və davamı da gələcək”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, illərlə enerji sahəsində xarici asılılığa görə sıxıtı çəkən ölkə olaraq, bundan sonra gələcəyə daha inamla baxmağa başlayacağıq.

Ərdoğanın sözlərinə görə, təbii qazın 2023-cü ildə insanlara çatdırılması gözlənilir. Azvision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …