Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ərdoğan ermənilərə başsağlığı verdi “Biz tarix boyu acıları paylaşan bir millət olduq”

Ərdoğan ermənilərə başsağlığı verdi “Biz tarix boyu acıları paylaşan bir millət olduq”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 1918-ci il 24 aprel tarixində həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Patriaxxanasında keçirilən mərasimin iştirakçılarına məktub göndərib.

Məktubda deyilir: 
“Çox dəyərli erməni vətəndaşlarım. Sizləri ən qəlbdən duyğular və məhəbbətlə salamlayıram. Birinci Dünya Müharibəsində çətin və ağır şərtlərdə vəfat edən Osmanlı ermənilərini anmaq üçün bu gün İstanbul erməni Patriarxxanasında toplaşmısınız. Həlak olan osmanlı ermənilərini bir daha hörmətlə yad edir, uşaqlarına və nəvələrinə başsağlığı mesajımı çatdırıram. Biz tarix boyu acıları ayıran, bir-biri ilə yarışdıran deyil, daim paylaşan bir millət olduq. Erməni vətəndaşlarımızın tarixdə yaşadığı acılara ortaq olmaq, bu acıları paylaşmaq türk millətinin vicdani və əxlaqi duruşunun vacib hissəsidir. Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşər, siyasi və ticari həyatımıza verdikləri töhfələri artıraraq davam etdirəcəklərinə inanıram”.(Qafqazinfo)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …