Ana səhifə / Dünya / Ərdoğan: “Çox ağır bədəllər ödəyəcəklər” – Türk ordusu Afrində ASO ilə birlikdə 20 şəhid verib

Ərdoğan: “Çox ağır bədəllər ödəyəcəklər” – Türk ordusu Afrində ASO ilə birlikdə 20 şəhid verib

Türkiyə ordusu Afrində Azad Suriya Ordusu (ASO)ilə birlikdə 20 şəhid verib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan məlumat verib.
O, bildirib ki, şəhidlərdən 3-ü türk əsgəridir və bütün şəhidlərin qanı yerdə qalmayacaq: “30 əsgərimiz isə yaralanıb. O terrorçular şəhidlərimizə görə çox ağır bədəl ödəyəcəklər. Onların qanı yerdə qalmayacaq”.
Onu da qeyd edək ki, bu gün Türk ordusu Afrinin şimal-qərbində yerləşən Ali Bekki kəndini də  terrorçulardan təmizləyib.
Bu günə qədər Afrində 394 PKK/PYD və İŞİD terrorçusu və  340-dan çox hədəf (silah anbarları, gizli tunellər, texnika və s) məhv edilib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …