Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ərdoğan Atatürkün məzarı önündə

Ərdoğan Atatürkün məzarı önündə

Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan güclü bir ölkə olaraq girəcəyik.

Bunu 30 Avqust – Zəfər Bayramı münasibətilə bu gün Anıt Qəbirdə yazdığı xatirə dəftərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Suriyadan Liviyaya, Qara dənizdən Şərqi Aralıq dənizinə, enerjidən terrorla mübarizəyə qədər fərqli sahələrdə əldə etdiyimiz kritik uğurlar ölkəmizin haqq və maraqlarını qorumaq məsələsindəki iradəmizin dəqiq göstəricisidir. Türkiyə Aralıq dənizinin şərqində təhdid və şantaja boyun əyməyəcək, beynəlxalq hüquq və ikili razılaşmalar çərçivəsində hüquqlarını müdafiə etməyə davam etdirəcək”, – Ərdoğan yazıb. Virtualaz.org

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …