Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Ərdoğan ABŞ-ın vitse-prezidentini pərt etdi – Video

Ərdoğan ABŞ-ın vitse-prezidentini pərt etdi – Video

Bu gün Ankarada ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşən Rəcəb Tayyib Ərdoğanın maraqlı addımı diqqət mərkəzinə düşüb.

“Barış Pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə gələn vitse-prezidenti Ərdoğan soyuq qarşılayıb. Türkiyə Prezidentinin Penslə sadəcə əllə görüşməsi diqqətlərdən qaçmayıb. Kameralara düşən kadrlardan aydın görünür ki, ABŞ rəsmisi Ərdoğanı qucaqlayaraq səmimi görüşmək istəsə də, prezident buna imkan verməyərək sadəcə əllə görüşməklə kifayətlənib. 

Bu görüntülər qısa zamanda böyük kütlə tərəfindən izlənib.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …