Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina etdi – Video

Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina etdi – Video

“Mən ABŞ nümayəndə heyəti ilə deyil, Trampla görüşəcəyəm”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısından sonra “Sky News”un müxbirinin ona ünvanladığı “ABŞ nümayəndə heyəti gəlir. Buna görə narahatsınız?” sualına cavabında bildirib.

“Axı niyə narahat olum? Mən dimdik ayaqdayam. Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcəklər. Mən Tramp gələndə onunla görüşüb danışacam”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı “Sülh Çeşməsi Hərəkatı”nı müzakirə etmək üçün vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeonu oktyabrın 16-da Ankaraya göndərir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …