Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ərdoğan 3 gün sonra Azərbaycana gəlir

Ərdoğan 3 gün sonra Azərbaycana gəlir

“Azərbaycan ilə Türkiyə arasında əlaqələr çox yüksək səviyyədədir və bundan sonra daha da inkişaf edəcək”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında bildirib. O, qeyd edib ki, ilk xarici səyahətini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcək: “İyulun 10-da ənənəyə uyğun olaraq ilk xarici səfərimi Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəm. Bir gün sonra isə Brüsseldə ölkəmizi təmsil edəcəyəm”.

Qeyd edək ki, R.T.Ərdoğan iyunun 24-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib olub.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …