Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ərdoğan Əsədə bağlı ordunun Afrinə doğru yola çıxdığını təsdiqlədi

Ərdoğan Əsədə bağlı ordunun Afrinə doğru yola çıxdığını təsdiqlədi

Prezident Ərdoğan bu gün axşamüstü Afrin bölgəsinə daxil olmağa çalışan Əsəd Ordusu ilə bağlı baş verən gərginliyə reaksiya verib.

Strateq.az Star Tv-yə istinadən xəbər verir ki, o, 3-4 saat əvvəl tank, top və digər ağır silahlarla təmin edilmiş Suriya ordusu və Əsədə bağlı olan könüllü dəstələrin Hələbdən Afrinə doğru yola çıxdığını təsdiq edib:

“Bəli, axşamüstü 10-a yaxın texnika ilə belə bir cəhd olunub. Lakin anında cavab verilib və onlar geri çəkiliblər. Dünən biz bu məsələni qapatmışdıq. Lakin təəssüf ki. terror qruplarının bəzən hansı addımı atacağını bilmək olmur. Güman edirəm, bir daha belə hərəkətə əl atmazlar. Yox, atarlarsa, qarşılığını da alacaqlar”.

Xatırladaq ki, az əvvəl Əsəd ordusu Afrinin cənubundan bölgəyə girməyə çalışıblar. Lakin Türkiyə qırıcılar və top atəşləri ilə mane olub. Xəbərdarlıq atəşindən sonra Suriya rejiminə bağlı ordu birliyi 10 km geri çəkilib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …