Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ərəbistana ovuc boyda dolu yağdı- Ölənlər var…-FOTOLAR+VİDEO

Ərəbistana ovuc boyda dolu yağdı- Ölənlər var…-FOTOLAR+VİDEO

Peyğəmbər(s) vətənində açıq-saçıq qızı “Allahu Əkbər”lə  qarşılayanda…

Səudiyyə Ərəbistanına qeyri-adi təbii fəlakət üz verib.  

Moderator.az-ın “Khaleej Times” nəşrinə istinadla verdiyi xəbərə görə, krallığın şərqindəki bölgələrdən birində insan tələfatına səbəb olan iri dolu  yağıb. Hafr əl-Baten şəhərində ovuc boyda dolu yağması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Dağıntılar ilə əlaqədar ölkənin təcili yardım xidmətlərinə vətəndaşlardan 1200-ə yaxın zəng daxil olub. Foto-şəkilləri sosial şəbəkələrdə dolaşan qeyri-adi ölçülü doludan onlarla maşın və ev zərər çəkib.

Xatırladaq ki, dünən – oktyabrın 29-da Moderator.az Səudiyyə Ərəbistanında gənclərin açıq-saçıq rus qızını “Allahu Əkbər”  sədası ilə qarşılaması haqda xəbər verib(bax:https://www.moderator.az/news/295151.html)…
P.S.  Peyğəmbər(s) vətənində açıq-saçıq qızı “Allahu Əkbər”lə qarşılayanda hələ göydən qaya da yağa bilər…
Sultan Laçın

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …