Xəbər verdiyimiz kimi, Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbuldakı seçki nəticələrini ləğv edib. Mandatını yeni əldə edən Əkrəm İmamoğlu isə gecə saatlarında geniş açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, İmamoğlu çıxışında “Anadolu” agentliyini sərt tənqid edib. Eyni zamanda, tərəfdarlarına səbirli olmağı tapşırıb:
“Bizim meydanımızda “yuh” yox, sevgi var. Onlar bizdən pis söz eşitmək istəyəcəklər. Biz israrla bu millətin dalaşmağını istəməyən, bu millətin qucaqlaşmasını istəyən insanlar olaraq qucaqlaşacağıq. Bəli, biz AKP, MHP, HDP-lilərin də səsini istəyirik. Mən bütün siyasi partiyalara səs vermiş hər kəsin səsini ürəkdən istəyirəm. Yola çıxdığımızda yanımızda media və dövlətin heç bir dəstəyi yox idi. Bizim yanımızda siz var idiz, xalq vardı”.
İmamoğlu bütün istanbullulara əllərini vicdanlarına qoyub düşünmələrini məsləhət görüb. O, sənətçilərə də çağırış edib.
Çıxışının tam hissəsinə videodan baxa bilərsiz: