Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Əkrəm İmamoğlunun mitinqinə hücum oldu: Yaralılar var – VİDEO

Əkrəm İmamoğlunun mitinqinə hücum oldu: Yaralılar var – VİDEO

Vitse-prezidentliyə namizəd, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu təxribatla üzləşib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində tərəfdarları ilə görüşən İmamoğlu naməlum şəxslərin hücumuna məruz qalıb. 

İnsident Türkiyənin Ərzurum şəhərində baş verib. İmamoğlu tərəfdarları qarşısında çıxış edərkən bir qrup şəxs mitinq iştirakçılarına hücum edib. Türkiyə KİV-lərinin yazdığına görə, şəxsiyyəti bəlli olmayan adamlar aksiya iştiraklçılarına daş atıb, onlara xəsarət yetiriblər. Hücum nəticəsində bir neçə nəfər yaralanıb. İnsidentin böyüdüyünü görən Əkrəm İmamoğlu mitinqi yarımçıq qoyub. O, partiyasına məxsus avtobusla hadisə yerindən uzaqlaşıb. 

Polisin müdaxiləsindən sonra hücum edən qrupu  sakitləşdirmək mümkün olub. 

Əkrəm İmamoğlu baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib. 

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …