Ana səhifə / Dünya / Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gəldi

Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gəldi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb.

Seçkilərin nəticələrinə görə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53.66 faiz səslə qalib gəlib. 

Binəli Yıldırım isə 45.43 faiz səs toplayaraq seçkidə uduzub. 

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedirdi.

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanmışdı.

Hakim partiya isə İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul etmişdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …