Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Əkrəm İmamoğlu Cəlal Şəngörün verilişə qatılmasından əsəbiləşdi (VİDEO)

Əkrəm İmamoğlu Cəlal Şəngörün verilişə qatılmasından əsəbiləşdi (VİDEO)

Türkiyənin Habertürk kanalında “Kanal İstanbul” layihəsi ilə bağlı proqramda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə verilişin aparıcısı Didəm Arslan Yılmaz arasında mübahisə düşüb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb professor, geoloq Cəlal Şəngörün telefonla canlı yayıma qoşulması olub. 
Geoloq bələdiyyə sədrinin səsləndirdiyi “kanal zəlzələ ocaqlarını oyada bilər” fikrinin elmi cəhətdən yanlış olduğunu, lakin gələcəkdə reallaşdırılması nəzərdə tutulan kanalın ətrafında şəhər yaratmağı isə cinayət hesab etdiyini vurğulayıb.
Əkrəm İmamoğlu isə aparıcının Şəngörü efirə qoşmasının yanlış hərəkət olduğunu və özünün adi qonaq deyil, burada 16 milyon əhalisi olan İstanbulu təmsil etdiyini dilə gətirib. Bələdiyyə sədri həmçinin “kanal zəlzələyə səbəb ola bilər ” ifadəsini səsləndirmədiyini və dediklərinin təhrif olunduğunu bildirib.
Cəlal Şəngörün əks fikirlər səsləndirmədiyini də deyən İmamoğlu professorun dediyi 4 maddənin 3-nün layihənin əleyhinə olduğunu vurğulayıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …