Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / “Əhalinin 75 faizi koronavirusa yoluxmalıdır” – Türkiyəli professor

“Əhalinin 75 faizi koronavirusa yoluxmalıdır” – Türkiyəli professor

“COVİD-19-a qarşı insanlarda immunitetin yaranması üçün ölkələrin əhalisinin 75 faizinin bu virusa yoluxması lazımdır”.

Belə bir açıqlama ilə türkiyəli professor Zeliha Koçak Tufan çıxış edib.

O bildirib ki, bundan əvvəlki pandemiyaların nəticələri əsasında bu cür qənaətə gəlib: “Son 100 il ərzində qeydə alınan iki pandemiyanın statistik göstəriciləri bunu deməyə əsas verir. Çünki 1918 və 1957-ci illərdəki pandemiyalardan sonrakı bir il ərzində viruslara yoluxanların sayı kəskin artıb. Bu səbəbdən COVİD-19 üçün vaksin hazırlanmazsa, gələn il daha çox insanın virusa yoluxması qaçılmazdır”.

Professor vurğulayıb ki, insanlar tətbiq olunan qadağaların yumuşaldılmasını əvvəlki dövrə qayıtmaq kimi qəbul etməməlidir, çünki pandemiya davam edir və bitməyib. Azvision.az

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …