Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Ərinin xəyanət etdiyini “İnstagram”dan öyrəndi

Ərinin xəyanət etdiyini “İnstagram”dan öyrəndi

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan qadın “İnstagram” sosial şəbəkəsindəki şəkillərə tamaşa edərkən tanımadığı bir qadının paylaşdığı foto diqqətini cəlb edib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, qadın həmin şəkli öz səhifəsində yerləşdirdiyi şəkillə tutuşduraraq, mənzərənin tamamilə eyni olduğunu görüb və qərara gəlib ki. həmin şəkil onun yataq otağından çəkilib.

Bundan sonra “xəfiyyə qadın” həyat yoldaşına qısa ismarıc yollayıb: “Nə vaxtdan evimizə fahişə gətirirsən?”

Hadisənin sonluğu barədə mənbə məlumat vermir. Yalnız o məlumdur ki, kişi həyat yoldaşının sualını cavabsız qoyub.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …