Şənbə , May 25 2019
Ana səhifə / Dünya / Ərdoğanın sürpriz isimlə görüşü oldu

Ərdoğanın sürpriz isimlə görüşü oldu

Cənubi Koreyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi şəxslərlə yanaşı sürpriz bir isimlə də görüşüb.

Sputnik Azərbaycan Son Dakikaya istinadən xəbər verir ki, Türkiyə prezidentinin “Ayla” filminin qəhrəmanı Eunja Kim-lə görüşü olub.

73 yaşlı Kimlə görüş Seulda Ərdoğanın qaldığı oteldə baş tutub.

Qeyd edək ki, rejissoru Can Ulkayın etdiyi “Ayla” filmi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Kino Təşkilatı nümayəndələrindən ibarət 17 nəfərlik məclis tərəfindən “Oskar”da “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə namizəd göstərilmişdi.

Film 1950-ci illərdə Koreya müharibəsinə gedən türkiyəli əsgər Süleyman Dilbirliğinin kiçik bir koreyalı qıza sahib çıxması, müharibəndən sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalan mənəvi ata ilə qızın 50 il sonra görüşdüyü gerçək və təsirli hekayədən bəhs edir.

Həmçinin oxuyun

Nazarbayev Türk Şurasının Fəxri prezidenti oldu

Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı …